Menu

Şotlandiya müstəqilliyə yox dedi

19.09.2014, 09:56
Şotlandiya müstəqilliyə yox dedi

Böyük Britaniya torpağı Şotlandiyada sentyabrın 18-də keçirilmiş müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb.

Hesablamaya görə, “Şotlandiya müstəqil ölkə olmalıdırmı” sualına hə deyənlərin sayı 1 milyon 176 min 952 nəfərdir. 1 milyon 397 min 77 nəfər isə müstəqilliyin əleyhinə çıxıb.

Bu rəqəmlər 32 qraflıqdan 26-nın ilkin nəticələrinə əsaslanır. Qlazqo, Dandi kimi önəmli qraflıqlar müstəqilliyə səs veriblər. Aberdin qraflığı və paytaxt Edinburq isə müstəqilliyə yox deyib.

Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir. /“media forum”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol