Menu

Bakıda 18 yaşlı oğlan bıçaqlanıb

08.10.2019, 10:15
Bakıda 18 yaşlı oğlan bıçaqlanıb

Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Fərid" marketin yaxınlığında baş verib.

Şəhər sakini, 2001-ci il təvəllüdlü Tural Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib və hadisə törədən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Binəqədi rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol