Menu

Kemeron Şotlandiyadakı referendumu dəyərləndirdi

19.09.2014, 12:49
Kemeron Şotlandiyadakı referendumu dəyərləndirdi

Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək.

APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya baş naziri Devid Kemeron Şotlandiyada keçirilən referendumun nəticələrini şərh edərkən deyib.

O qeyd edib ki, səlahiyyətlərin genişləndirilməsi barədə qərarı 2015-ci ildə yeni çağırış Britaniya parlamenti qəbul edəcək.

“Hökumət verdiyi sözləri yerinə yetirəcək və Şotlandiya parlamentinə vergi, büdcə xərcləri və sosial təminat sahəsində yeni səlahiyyətlər verəcək”, - deyə D. Kemeron vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol