Şəkinin Fazıl kəndində antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: "Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və 3 qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur".

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış "Əbədi süküt labirinti" muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar