Menu

Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

11.10.2019, 16:52
Tələbə qızın ölümü ilə nəticələnən yol qəzasını sabiq polisin törətdiyi müəyyənləşib

Bakıda polis əməkdaşı idarə etdiyi avtomobillə tələbəni vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 9-da 07:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonundan keçən 21-ci kmdə baş verib.

“BMW” markalı 90 DH 530 qeydiyyat nişanlı avtomobil piyada Solmaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya hadisəni təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır: “Hadisəni törədən şəxs vaxtilə daxili işlər orqanlarında çalışıb və hazırda təqaüddədir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Solmaz Abdullayevanın 1-ci kurs tələbəsi olduğu barədə məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol