Menu

Bakıda avtomobil ər və arvadı vurub

11.10.2019, 22:40
Bakıda avtomobil ər və arvadı vurub

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1933-cü il təvəllüdlü Əliyev Əli Qadın oğlu və onun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Əliyeva Mina Saleh qızını vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Əliyevə döş qəfəsinin küt travması, M.Əliyevaya isə sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol