Menu

"Barış bulağı": Suriyada 422 terrorçu məhv edilib

12.10.2019, 12:22
"Barış bulağı": Suriyada 422 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış bulağı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 422 terroçusu zərərsizləşdirilib.

"AzPolitika.info"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün "Twitter"dəki səhifəsində məlumat yayıb.

"Fərat çayından şərqdə uğurla davam etdirilən "Barış bulağı" əməliyyatı çərçivəsində ümumilikdə 422 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Türkiyə oktyabrın 9-da Suriyada, Fərat çayından şərqdə geniş miqyaslı antiterror əməliyyatına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol