Menu

"Milyonlarla qaçqını Avropaya göndərərik!" - Ərdoğan terrorçuları himayə edənləri hədələdi + VİDEO

12.10.2019, 15:59
"Milyonlarla qaçqını Avropaya göndərərik!" - Ərdoğan terrorçuları himayə edənləri hədələdi + VİDEO

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, prezident Ərdoğan qardaş ölkənin Suriyada başladığı antiterror əməliyyatını tənqid edən Avropa İttifaqı (Aİ) ölkələrini «özünüzü ələ alın!» - deyə, hədələyib.

O, qeyd edib ki, əgər Avropada «Barış bulağı» əməliyyıtını "işğal təşəbbüsü" adlandırmağa cəhd edərsə, o zaman Ankara özünün sərhəd keçidlərini açacaq və 3,6 milyon qaçqını Avropa ərazisinə buraxacaq.

Türkiyə prezidenti bundan əvvəl bəyan etmişdi ki, Ankara Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirmək üçün bütün hüquqlara malikdir. Onun sözlərinə görə, rəsmi Dəməşq kürd terrorçularının təqib olunması barədə Türkiyə ilə 1998-ci ildə uyğun müqavilə imzalayıb.

Mraqlıdır, elə həmin kürd (və ya kürd adı ilə təqditm olunan) terrorçular Türkiyədə qanlı terror aktları törədəndə sürüşkən-riyakar Avropa «dilini udubmuş kimi» susur. Amma Türkiyə terrorçulara asekvat cavab verəndə Avropa xeyli ucadan bağırmağa başlayır!

Buradan aşağıdakı məntiqi nəticəni çıxarmaq olar: həimin terrorçuların «xaç atası» elə Avropanın iri dövlətləridir…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol