Menu

Suriyanın Ras əl-Ayn şəhəri terrorçulardan azad edilib

12.10.2019, 15:35
Suriyanın Ras əl-Ayn şəhəri terrorçulardan azad edilib

Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu Suriyanın Ras əl-Ayn şəhərini PKK/YPG terrorçularından azad edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Türkiyə Müdafiə Nazirliyi bu gün səhər saatlarında “Barış bulağı” əməliyyatı çərçivəsində Fərat çayının şərqindəki Ras əl-Ayn şəhəri nəzarət altına alındığını açıqlayıb.

Qeyd edək ki, Ras əl-Ayn şəhəri Şanlıurfanın Ceylanpınar qəsəbəsi ilə sərhəddə yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol