Menu

İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib

13.10.2019, 00:52
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib

AVRO-2020-nin seçmə mərhələsində VII tur başa çatıb.

APA-nın məlumatına görə, turun son günündə üç qrupda 8 qarşılaşma keçirilib.

D qrupunun lideri İrlandiya Gürcüstanda meydan sahiblərinin müqavimətini qıra bilməyib – 0:0. İsveçrəni bir qolla məğlub edən Danimarka liderə çatıb.

F qrupunun lideri İspaniya ilk xal itkisi ilə üzləşib. Norveçlə səfər heç-heçəsi pireneylilərin indidən AVRO-2020-nin final mərhələsinə yüksəlməsinə mane olub. İsveç Maltanı, Rumıniya Farer adalarını üstələyib.

J qrupunda İtaliya final mərhələsinə vəsiqəni təmin edib. Apenninlilər də bunu Yunanıstan üzərində qələbə ilə rəsmiləşdirib. Bosniya və Herseqovina Finlandiyaya darmadağınla qalib gəlib. Lixtenşteynlə Ermənistanın matçında isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, VII turun digər oyunları oktyabrın 10-11-də baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol