Menu

Müsavat Partiyası qurultay keçirir

13.10.2019, 12:17
Müsavat Partiyası qurultay keçirir

Müsavat Partiyasının IX qurultayı keçirilir."Report" xəbər verir ki, partiya başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Bunlar hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə 10, Məclis üzvlüyünə isə 116 nəfər namizədliyini irəli sürüb.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.

Müsavat partiyasının 9-cu qurultayı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol