Menu

Suriyada qızğın döyüşlər: Türkiyə ordusu Tel Abyad rayonuna daxil olub

13.10.2019, 13:17
Suriyada qızğın döyüşlər: Türkiyə ordusu Tel Abyad rayonuna daxil olub

Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib. Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Eyni zamanda Suriya Milli Ordusu “Sülh çeşməsi" əməliyyatı nəticəsində Tel Abyadın Savami əl-Dəhliz kəndinin azad edildiyini açıqlayıb.

Bir qədər əvvəl isə Türkiyə ordusu Tel Abyad rayonuna daxil olub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol