Menu

Bakıda təkər sexi yandı

13.10.2019, 17:44
Bakıda təkər sexi yandı

Bakıda təkər emalı sexində yanğın olub.övqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb.

Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol