Menu

"Barış pınarı": Türkiyə Ordusu Suriyada daha bir rayonu terrorçulardan təmizləyib

13.10.2019, 15:43
"Barış pınarı": Türkiyə Ordusu Suriyada daha bir rayonu terrorçulardan təmizləyib

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rəkka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan tam azad edib.

Report Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.

"Barış pınarı" antiterror əməliyyatı çərçivəsində terrorçuların Tel-Abyaddakı hədəfləri haubitsalardan atəşə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Şərhlər

Elli 2019-10-13 15:43:37

İrəli Türkiyə Sizi bütün xalq dəstəkləyir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol