Menu

"Suriyada 490 terrorçu zərərsizləşdirilib" - Ərdoğan

13.10.2019, 17:40
"Suriyada 490 terrorçu zərərsizləşdirilib" - Ərdoğan

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub.

O, qeyd edib ki, son beş gündə antiterror əməliyyatı zamanı Türkiyə ordusu iki, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol