Menu

"Azərbaycan hər zaman Türkiyəni müdafiə edir" - Çavuşoğlu

14.10.2019, 21:36
"Azərbaycan hər zaman Türkiyəni müdafiə edir" - Çavuşoğlu

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

APA-nın məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz: “Biz xaricdə də qüvvələrimizi birləşdirdik. Bizim olmadığımız yerdə hər zaman Azərbaycan Türkiyəni, Türkiyə xalqını müdafiə edir. Biz də Azərbaycan olmadığı yerdə Azərbaycanı müdafiə edirik, bu, bizim borcumuzdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol