“Son günlər siyasətə qayıdıb-qayıtmadığımı soruşurlar. Mən bununla bağlı heç bir söz demək istəmirəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında son vaxtlar siyasətə qayıdacağı ilə bağlı söz-söhbətlərlə gündəmə gələn Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədov söyləyib. O, bildirib ki, daha ciddi məsələlər var: “Kim nə danışır danışsın, mən bununla bağlı heç nə demirəm. Dünyada önəmli hadisələr baş verir, Azərbaycanın o qədər problemləri var. Bunlara vaxt ayırmaq daha faydalıdır”.
E.Məmmədov onu da əlavə edib ki, siyasətlə bağlı müxtəlif mövzularda jurnalistlər ona müraciət edə bilərlər. Və o, siyasətlə bağlı məsələləri şərh etməyə hazırdı.
Qeyd edək ki, AMİP-in qurucusu və ilk sədri olan E. Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. Hazırda onun siyasətə qayıtması ilə bağlı iddialar tez-tez gündəmə gəlir.
Oktyabrın 13-də “Ambassador” hoteldə AMİP Mərkəzi Şurasının iclası keçirilib. AMİP Mərkəzi Şura sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda AMİP-in növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib.
Eyni zamanda AMİP-in 27 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilib.
Mərkəzi Şuranın iclasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov iştirak etməyib. Səbəbinə gəlincə, Etibar Məmmədovun Mərkəzi Şuranın üzvü olmamağı kimi göstərilir.
AMİP-ə rəhbərliyi hazırda sədr əvəzi Arzuxan Əlizadə edir.


Şərhlər
Maraqlı deyil gəlsə də gəlməsəd
Lider! Liderlər, aid olunduğu cəmiyyətilərin müyyən dövrlərdə çalxalanmasından, təlatumundan və inkişafından doğarlar. Həmin proseslərdə, zaman-zaman toplumun içərisindən ağıllı , savadı, cəsarətləri və düşüncələrini xalqa çatdırmaqda, fövqalədə nitqə və təfəkkürə malik Siyasi düşüncə sahibləri üzə çıxarlar. Tarix bu çalarlara malik şəxsiyyətləri cəmiyyətlərə, əsrdə bir və ya iki kərə nəsib edər. Yəni əsil Liderləri. Arada yaranan “lidercikləri” isə tarix yaratmaz, onlar özləri-özlərini lider hesab edərlər ki, bu da sabun köpüyü effektindən başqa bir şey deyildir. Qaldı ki, əsil Liderlərin tarixin müyyən dövrlərində öz möqeyindən çəkilməsi ki, mən sonrakılara və ya gənclərə meydan verirəm. Tarix göstərdi ki, bu düzgün yanaşma deyil. Nəticədə milli və mənəvi dəyərlərlə köklənmiş vətən və millət sevdalıları, Lidersiz başı pozuk dəstələrə çevrilib, zamanın mengənəsində yox olub gedərlər. Bu bütün canlılarda və xüsusən də insan cəmiyyətlərində belədir və belə də olmuşdur. Azərbaycan reallığında isə, uzaq tariximizi demirəm, son 32 illik tarix göz qabağındadır. Öz xalqına, dövlətinə və bütövlükdə cəmiyyətə bağlı liderlərin meydandan çəkilməsi, meydanı kəndini bilməz “liderciklərə “ və guya yeni nəsildən doğacaq gələcək liderlərə buraxması (onlar da, o keyfiyyətdə yaranmadı və bu keçid mərhələsində yaranmayacaqlar da, çünki bunu zaman özü yetirməlidir) çox böyük uğursuzluqlara yol açmış oldu. Bunu 1993-cü ildə Azərbaycan öz həyatında bir kərə yaşadı. Hakimiyyət özünü “lider” sananlar və dövlətçilik sayəsində təsəvvürü belə olmayanlara buraxıldı və nəticəsini də gördük. O zaman yaşı və səhəti imkan verməsə də belə əsil lider, Heydər Əliyev ölkəsinin o ağır zamanlarında bütün yükü öz üzərinə götürüb, milləti o fəlakətdən xilas etdi. Budur liderlik, budur vətən sevdalılığı. O tarixi yaşayanlar bunun bir məddahlıq yox, bir gerçək olduğunu çox gözəl bilirlər.
Bu gün Azərbaycandakı mövcud durum, ən əsası da Qarabağ məsələsi, bir milyoindan artıq qaçqın problemi, Beynəlxalq vəziyyət, üzdəniraq qonşularımızın məkirli siyasətləri və bütün bunlardan doğan social məhrumiyyətlər tələb edir ki, tarixin bu millətə bəxş etmiş olduğu vətən sevdalı liderlər, o cümlədən də Etibar Məmmədov bütün bu taleyüklü məsələlərdən kənarda qalmasın. Bütün bu problemlərin bir kişinin öhdəsindən gələcəyinə inanalar yanılırlar.Yəni bu qədər ağır bir yükü təkcə Ölkə Başçısı cənab İlham Əliyevin üzərində saxlamaq və nəticənin hər sahədə yaxşı olacağını gözləmək məntiqsizlikdir. Özü də, Hökümətdə olan bəzi indiki, özü və sözü bitmiş komanda üzvləri və sözçüləri ilə.
Uzağa getməyək. Qardaş Türküyənin bu ağır zamanlarında, muxalifətdə olan və dünənə kimi Ərdoğanın bütün fəaliyyətinə tənqid püsgürən, Milletçi Herekat Partisinin lideri Devlet Bahçeli her cür aşağılayıcı iradları gözə alıb və bütün partiyanın və silahdaşlarının çıxarlarını bir kənara buraxıb, Türküye devlətinin və Millətinin Bekası naminə Sayın Cümhur Başkanının yanında yer alıb. Bu ölkəsinin dayanıqlaığı naminə, əlini daşın altına qoymaq deməkdir. Bu dərin dövlətçilik deməkdir. Budur liderlik. Budur vətən və millət sevdalılığı.
Ona görə də bir vətəndaş olaraq umaram ki, Azərbaycanın son 40 illik siyasət tarixində öz imzasını qoymuş və heç bir iqtidarlarda təmsil olunmamış, təmiz bir keçmişə malik Etibar Məmmədov AMİP-nın qarşıdan gələn on birinci qurultayında, Partiyasının Fexri Lideri olaraq, Partinin sədrliyinə yenidən sədr seçilər. Buna kim nə deyəcək umurunda belə olmamalıdır. Çünki, bunu zaman deyir, bunu millət və Dövlətin bu ağır zamanlardakı Bekası deyir.
Daha önemli meseleleri Etibar Memmedov göresen siyasetde deyil harda Hell edir? Hansı tikintinin "podvalında"? Azerbaycan Bu insan qeder qaranlıq bir tip görmedi.
Etibar bəy öz işi ilə məşğul olsa daha yaxşı olar.Çünki onun siyasətlə məşğulluğu AmiP partiyasımnın fəaliyyətsizliyi və 20 yanvar hadisəsinin tğrənməsi ilə bir başa bağlıdır.Onun kim olduğu və kimə,nəyə nə üçün xidmət etdiyi artıq hamıya bəllidir...