Menu

Qadın boksçumuz ermənini diz çökdürdü

20.09.2014, 09:29
Qadın boksçumuz ermənini diz çökdürdü

Yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayır

Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayır. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.

Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.

Milli komandamızın üzvü ötən gün polşalı Sandra Krukla üz-üzə gəlib və 3:0 hesabı ilə məğlub olub. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol