Menu

“Aztelekom” özəl provayderlərə “müharibə“ elan edib

16.10.2019, 10:29
“Aztelekom” özəl provayderlərə “müharibə“ elan edib

Bir müddət öncə, “Avirtel” provayderinin Abşeron Telekommunikasiya Qovşağına qarşı iddiası üzrə məhkəməsi təxirə salınaraq, məhkəmənin baş tutacağı tarix 12 noyabrda təyin edilib.

Məhkəmənin davam etdiyi bir müddətdə Abşeron Telekommunikasiya Qovşağı Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoyub.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz açıqlama verib: “Rəis özəllərə qarşı əsl “innovativ müharibə” elan edib. Provayderlərlə Qovşaq arasında məhkəmə çəkişməsinin getdiyi bir zamanda, Mikayıl Babayev bütöv bir ərazini, Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoymaqdan çəkinmir. Özəl provayderlərin internet xidməti üçün zəruri olan Qovşaqdakı bütün avadanlıqlarını çəkinmədən söndürür. İnsanların razılığı və hətta xəbəri olmadan onları özəl provayderlərdən çıxararaq Aztelekom şəbəkəsinə keçirirlər. Belə avam edərsə Xaçmaz rayonundan sonra burada da yalnız Aztelekom dövlət provayderi fəaliyyət göstərə biləcək“.

Gündüz bildirib ki, sektorun tənzimləyici qurumu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. “Aztelekom” da nazirliyin qurumudur. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, maraqlı tərəf elə tənzimləyici qurumdur. Buna görə də özəl provayderlər məhkəməyə və Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər. Antiinhisar qurum Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün icrası məcburi qərar qəbul edib. Lakin nazirlik hələlik qərarın icrasına tələsmir.  /"Xeberler"

Şərhlər

Rabitəçi 2019-10-16 10:29:46

Bir neçə ildir bu göydən gələnlər rabitəçilərə müharibə edirlər, nə olar indidə özəl provayderlərlədə vuruşsunlar, onsuzda rabitədə rabitəçi, mütəxəsis, peşəkar işçi qalmadı, hamını qovdular, özləri etiraf edirlərki, bizə bu sifarişi "yuxarıdan"veriblər, yəqin özəl provayderlərə müharibənidə elə həmin "yuxarılar"göstəriş veriblər.

OSMAN GÜNDÜZƏ 2019-10-16 10:29:46

SİZİN YAZDIĞINIZ ÖZƏL PROVAYDERLƏR YENİ SALINMIŞ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİ KABEL-KANALİZASİYA QURĞULARINI TİKƏRƏK RABİTƏ XİDMƏTLƏRİNİ VERSİNLƏR.ONLAR BUNU HEC VAXT ETMƏZLƏR.CÜNKİ BU İŞ BÖYÜK XƏRC TƏLƏB EDİR.ÖZƏL PROVAYDERLƏR HAZIRA NAZİRDİRDİRLƏR.TKQ-YƏ MƏXSUS BİNADA AVADANLIQLARINI YERLƏŞDİRƏRƏK,TKQ-YƏ MƏXSUS XƏT KANALİZASİYA QURĞULARINDAN İSTİFADƏ EDƏRƏK(PROVAYDERLƏRİN SON MİLƏDƏK XƏT QURĞULARINA XİDMƏTİ TKQ EDİR)YAXŞI GƏLİR ƏLDƏ EDİRLƏR.TKQ BU XİDMƏTİ ÖZÜ GÖSTƏRMƏYƏ QADİRDİR.OLDUQCA QEYRİ- OBYEKTİV YAZIDIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol