Menu

RAFAEL CƏBRAYILOVUN TİKDİYİ İKİ BİNA SÖKÜLƏCƏK - Məhkəmə qərarı + FOTO

16.10.2019, 18:11
RAFAEL CƏBRAYILOVUN TİKDİYİ İKİ BİNA SÖKÜLƏCƏK - Məhkəmə qərarı + FOTO

Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən keçmiş deputat Rafael Cəbrayılova və qardaşına məxsus “Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

"AzPolitika.info" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, sözügedən ərazini Rafael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb:

"Məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır. Sözügedən ərazini Rafael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıblar. Zakif Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib. Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır".

Şərhlər

vidadi goyce 2019-10-16 18:11:58

kasiblara paylansin

T.Q. 2019-10-16 18:11:58

Həmdə, SOCAR-a məxsus əraziyə Zakir Fərəcov necə sərəncam verirdi?

T.Q. 2019-10-16 18:11:58

Məhkəmə belə qərar çıxartmağına “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır" kimi əsas gətirirsə, deməli SOCAR iddia qaldırıb. SOCAR iddia qaldırıbsa adama deyərlər binalar tikildidə, tam məskunlaşdıda görmürdün?....

EJDER 2019-10-16 18:11:58

BU ANALOQU OLMAYAN YAP HAKIMIYYETI SOKMEYI YAXWI BACARIR,LUKAWENKO CANI

vuqar 2019-10-16 18:11:58

FIZIANOMIYASINDAN ..firildaqciliq.. yagir RAFA. CEBRAYILOVUN!

eloqlu 2019-10-16 18:11:58

niye sôkûrler ki, versinler evsiz eshiksiz insanlarimiza) o qeder daxmada yashayan var ki !!!!!! buna aqil lazimdiiii ? yoxsaaa neeee ..... ?kimsesiz ushaqlar ne bilim eliller qacqinlar ....o qeder evsizder varki

Vahid 2019-10-16 18:11:58

Bu nə səhv buraxıb ki, komanda cəzalandırır onu.

NURəddin 2019-10-16 18:11:58

SÖKÜB DAĞITMAQ İSTƏNİLƏN HADA ŞƏR İŞDİR.DAHA OPTİMAL VARİANT TAPMAQ MÜMKÜN DEYİLMİ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol