Menu

Azərbaycan doqquz ayda 346 mln dollarlıq neft məhsulları ixrac edib

16.10.2019, 12:05
Azərbaycan doqquz ayda 346 mln dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 708 054,59 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadla verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 345 819,25 min ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,5%, dəyəri isə 18,66% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,33% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol