Menu

IMF qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib

16.10.2019, 16:41
IMF qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) 2019-2020-ci illər üzrə qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib.

"APA-Economics"in IMF dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, Fond 2019-cu il üzrə dünya iqtisadiyyatının 3%, 2020-ci ildə isə 3,4% artacağını proqnozlaşdırır. Halbuki bundan öncə IMF qlobal ÜDM-in artım tempinin müvafiq olaraq 3,2% və 3,5% təşkil edəcəyini proqnozlaşdırırdı.

Fondun hesabatında qeyd olunub ki, 2019-cu ildə gözlənilən 3%-lik artım qlobal maliyyə böhranından etibarən ən aşağı göstəricidir: "Bu, 2017-ci ildəki 3,8%-lik göstəriciyə nisbətən ciddi bir azalmadır. Bunun əsas səbəbləri ticarət maneələrinin artması, ticarət və geosiyasət mövzusunda artan qeyri-müəyyənlikdir".

Yavaşlamanın səbəbləri sırasında həmçinin inkişaf etmiş iqtisadiyyatlarda aşağı məhsuldarlıq artımı və əhalinin qocalması da yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol