“KÜRDLƏRİN TALEYİ NƏ VAXTSA ERMƏNİLƏRİ DƏ GÖZLƏYİR...” - "ABŞ Türkiyəni seçdi"
“AzPolitika.info” politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
- Zərdüşt bəy, Türk ordusunun Suriyaya daxil olmasını necə qiymətləndirirsiniz?
- Yaxın Şərqdə hökm sürən ümumi ab-havaya baxanda, ABŞ-ın öz milli təhlükəsizliyini əsas götürərək başqa ölkələrə təcavüz və işğal etməsini, İsrailin ərəb torpaqlarının işğalını özünün təhlükəsizlik mənafeyi ilə izah etməsini görürük. Yəni bütün bunları nəzərə alsaq, ümumi qanunsuzluq məkanında Türkiyənin də Suriya hökumətinin razılığı olmadan öz ordusunu Suriya ərazisinə yeridərək onun təhlükəsizliyinə sipər olan kürd silahlılarını zərərsizləşdirmək əməliyyatı aparması ağılabatan və məntiqlidir.
- Fərat çayının şərq sahillərində mövqe tutan kürd silahlı qüvvələri Türkiyə üçün nə dərəcədə ciddi təhlükə yaradırdı?
- Kürd silahlıları Türkiyənin təhlükəsizlik maraqları üçün həqiqətən də təhlükədir. Çünki kürd silahlıları faktiki olaraq Türkiyədə fəaliyyət göstərən gizli qiyamçı və separatçıların etnik mənsubiyyət baxımından bazası olacaq, onlara dəstək verəcək. Necə ki Şimali İraqdakı Kürdüstan PKK-ya dəstək verir və Türk ordusu mütəmadi olaraq Şimali İraqa daxil olaraq, orada terrorçulara qarşı əməliyyatlar keçirir.
Bir sözlə, Türkiyənin strateji məqsədi Yaxın Şərqdə kürd dövlətinin yaranmasının qarşısını almaqdır. Və bu məsələdə əksər region dövlətləri, sözdə deməsələr də, əslində Ankara ilə həmrəydilər. Konkret olaraq Suriya da, İran da, İraq da bu məsələdə Türkiyə ilə həmrəydir. Baxmayaraq ki, İraq və İran hazırda Türkiyənin Suriyada apardığı əməliyyatı tənqid edir. Ən maraqlısı odur ki, son əməliyyatlar göstərdi ki, Rusiya da bu məsələdə Türkiyə ilə həmrəydir. Rusiya gördü ki, kürdləri himayəyə Amerika götürüb və uzun illərdir ki, silahlandırır.
- Hansı səbəbdən ABŞ kürdləri himayəsinə götürdü, onlara böyük miqdarda maliyyə və silahlar verdi və son mərhələdə də onları Türkiyənin qarşısında öz talelərinin ümidinə buraxdı?
- Bu, bütün oyuncaq, alət və düşüncəsiz xalqların taleyidir. Sizə deyim ki, belə bir tale nə vaxtsa erməniləri də gözləyir. Yəni öz qonşuları ilə normal əlaqələr qurub sıx əməkdaşlıq etmək, məsuliyyətli və namuslu vətəndaş olmaq əvəzinə etnik mənsubiyyət əsasında toparlanır və başlayırlar öz dövlətlərini qurmaq arzusu ilə yaşamağa, mübarizə aparmağa. Öz baxışlarına görə milli azadlıq mübarizəsi aparırlar. Bunun da nəticəsində ərazisində yaşadığı dövlətlə, bu dövlətin etnik çoxluğu ilə düşmən münasibətləri yaradırlar, daha sonra xarici himayədarları qarşısında tam asılı vəziyyətə düşürlər. Bu dəfə kürdlərə amerikalılar sahib çıxdı, onları silahlandırdı, 30 minlik ordu yaratdı. Sonra Vaşinqton strateji seçim qarşısında qaldı. Yəni NATO-da ən dəyərli müttəfiqi olan Türkiyənin, yoxsa 30 minlik ordusu olan kürd qiyamçılarının arasında seçim etmək məsələsi gəldikdə Türkiyəni seçdi və kürdlərin nəzarət etdikləri ərazilərdən geri çəkildi. Türkiyə də haqlı olaraq ona təhlükə olan kürd qiyamçıları və terrorçularını əzməyə başladı. Bu da Bəşər Əsədin, İranın və İraqın ürəyincə olan prosesdir. Dünənə qədər ABŞ-dan silah alıb həm də Bəşər Əsədə qarşı duran kürd qiyamçıları indi Dəməşq hökumətinə yalvarırlar ki, bizi türk ordusunun ağzından alın. Təsəvvür edin ki, kürd terrorçuları indi Əsəd ordusunu özlərinin nəzarət etdiyi ərazilərə dəvət edirlər. Dünənə qədər vuruşduqları və qəbul etmədikləri rejim ordusuna deyirlər ki, gəlin bizi türk ordusundan müdafiə edin. Əsəd ordusu da gəlir. Bu da Türkiyənin maraqlarına uyğundur. Çünki Bəşər Əsəd açıq deyir ki, Türkiyənin Suriya siyasətində nəhəng dönüş yaranıb. Dünənə qədər Ərdoğan 30 illik qardaşı Bəşər Əsədə deyirdi ki, hakimiyyətdən get, sən diktatorsan, niyə iki əlli hakimiyyətdən yapışıb ölkəni pis vəziyyətə gətirirsən və s. İndi isə deyir ki, biz Suriyanı bir dövlət kimi tanıyırıq, onun ərazi bütövlüyünü qəbul edirik və bizim ordu qarşısına qoyduğu hərbi vəzifəni yerinə yetirdikdən sonra Suriya ərazisində qalmayacaq. Qiyamçı və terrorçuları əzdikdən sonra türk ordusu Suriyadan çıxacaq. Beləliklə, Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində irəliyə ciddi addım atılır. Daha dəqiq desək, Suriya ərazisindəki kürd separatçıları amili də aradan qalxacaq.
- ABŞ prezidenti Donald Tramp hər gün Tvitter hesabında bir-birinə zidd açıqlamaları ilə diqqəti cəlb edir. Gah deyir ki, biz kürdlərin yanındayıq, gah deyir Türkiyənin addımlarına qarışmırıq, gah da deyir Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq edəcək. Tramp konkret olaraq nə istəyir və niyə ziddiyyətli yanaşmalar ortaya qoyur?
- ABŞ-ın ənənəvi kürd siyasəti ona hesablanırdı ki, Yaxın Şərqdə Kürdüstan dövləti yaransın. Türkiyənin, Suriyanın, İraqın və İranın ərazisinin bir hissəsi bu dövlətin ərazisi hesab olunsun. Hətta nəzəri cəhətdən ola bilsin ki, Azərbaycan ərazisinin bir hissəsi də. 20-ci illərdə Qırmızı Kürdüstan məsələsini yadınıza salın. Əslində kürd amilindən bir sıra xarici dövlətlər Yaxın Şərqdə öz maraqlarını təmin etmək məqsədilə istifadə edirdi. Son Suriya böhranı ona gətirib çıxardı ki, İraqdakı muxtar kürd strukturu zəiflədi, əzildi və əvvəlki rolunu oynaya bilmədi.
İkincisi, Türkiyə Suriyada separatçı kürdlərə zərbələr endirir və Suriya hökumətinə “pas” ötürür ki, ərazisinə nəzarəti bərpa etsin. İran kənardan baxır və görür ki, öz kürdləri farağat oturub yerində və Allaha şükür edirlər. İran kürdləri də düşünürlər ki, nə yaxşı biz bu qovğadan kənarda qalmışıq, yoxsa bizi də əzəcəkdilər. Bu, bütövlükdə müsbət prosesdir və hər bir dövlət bundan xeyir götürür.
- Bəs, ABŞ-ın marağı necə təmin olunur?
- ABŞ əvvəl kürdlərə dəstək verdi və Türkiyəni şantaj etmək üçün onlardan istifadə etdi. Eləcədə İraq və Suriyanı laxlatmaq üçün bu amildən yararlandı. Öz məqsədinə çatandan, yəni Suriyanı xarabalığa çevirdikdən, İraqı pis günə saldıqdan sonra Tramp elan etdi ki, ABŞ xarici dövlətlərə müharibələr aparmamalı, ABŞ əsgərləri xaricdə vuruşmamalıdır, mən onları geri qaytarıram, yeni müharibələrə başlamaq niyyətim yoxdur. Yeri gəlmişkən, Tramp seçki kampaniyası dönəmində seçicilərə belə bir vəd vermişdi. Odur ki, ABŞ əsgərlərini geri çəkir. Kürdlər də deyir ki, ABŞ bizi aldatdı. Bəs sənin öz ağlın harada qalmışdı, düşünmürdün ki, günün birində ABŞ səni aldada, fikrini soruşmadan başqa bir addım ata bilər?
- Düşünürsünüz ki, ABŞ Türkiyəyə yaşıl işıq yandırmaqla, kürdləri arxasız buraxmaqla, əslində, Yaxın Şərq layihəsindən imtina edir?
- Bilirsiniz, bizim həyatımız 60,70, maksimum 80 ildir. Amma dövlətlərin həyatı 100 illərlə davam edir. ABŞ-ın dövlət kimi yaşı çoxdan 250-ni keçib. Bu dövlətlər dözə, gözləyə bilirlər. Düşünürlər ki, bu mərhələdə məqsədimiz alınmadı, gözləyək. Bəlkə daha münasib şərait yarandı, onda bu planı çıxarıb işə salarıq. Kürd millətinin içərisində isə hər zaman axmaq adamlar tapılacaq. Bu axmaqlar öz qonşuları ilə münasibətləri hər zaman bada verməyə hazır olacaqlar. Çünki xəyallarında xəyalı bir kürd dövlətinin baş naziri, maliyyə naziri, gömrük rəisi, polis şefi, prezidenti olmağa hazırdırlar. Buna görə də, öz xalqlarını qırğına verməyə hazır olacaqlar. Elə bizdə də nazir olmağa o qədər adam hazırdır ki, yeri gəlsə xalqın maraqlarını bada verməkdən çəkinməzlər. Yəni siz dediyiniz layihəni ABŞ başqa bir mərhələdə yenidən ortaya ata bilər. Bu istisna deyil.
- Terrorçu SDG-nın rəhbərlərindən “Məzlum Kobani” kod adlı Şahin Gilo ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsinin müavini Villiam Roebuka yalvararaq deyib ki, Türkiyənin hücumlarını dayandırın, əks halda kürdlərin Bəşər Əsəd və Rusiyanı nəzarət etdikləri ərazilərə dəvət etməsinə etiraz etməyin. Artıq Bəşər Əsəd SDG ilə razılaşıb və rejim qüvvələri separatçıların nəzarət etdiyi Tabka şəhərinə daxil olub və türk ordusunun qarşısını kəsmək məqsədilə şimala doğru hərəkət edir. Türkiyə-Suriya müharibəsi ehtimalı nə dərəcədə realdır?
- Bəli, artıq Bəşər Əsəd ordusu oktyabrın 12-dən kürd separatçılarının olduğu bəzi bölgələrə daxil olaraq Suriya dövlətinin bu ərazilərə nəzarətini bərpa edir. Amma Türkiyə və Suriya ordusunun üz-üzə gəlmə ehtimalı yoxdur. Ərdoğanın məqsədi nədir? Suriya dövləti ilə müharibə aparmaq deyil. Əksinə, Suriya kürdlərinin nə silahlı qüvvəsi olsun, nə də siyasi qurumu olsun. Artıq Bəşər Əsədə itaət edən kürdlərin nə müstəqil ordusu, nə də siyasi təsisatı olacaq. Yəni Ərdoğanın məqsədi və marağı burada təmin edilmiş kimi görünür.
- ABŞ bölgədən tam olaraq çıxmayıb. Türk ordusunun ABŞ və ya ruslarla üz-üzə gəlmə ehtimalını necə dəyərləndirirsiniz?
- Bu ehtimal da sıfıra bərabərdir. Bu qüvvələr arasında koordinasiya var, daima əlaqə saxlanılır, bir-birlərinə harada olduqlarını, hansı şəhərə girdiklərini və ya çıxdıqlarını bildirirlər. Rusiya Suriyada Türkiyə ilə də, ABŞ-la da, hətta İsraillə də belə əlaqəli işləyir. O cümlədən də ABŞ və Türkiyə. Yəni operativ əməliyyat gedir. Operativ əlaqələndirmədə mümkündür ki, hansısa səhv addım olsun. Amma burada da “dost atəşi” deyilən yanaşma var. Bəzən görürsən ki, Misir raketi Misirin təyyarəsini və ya ABŞ raketi öz təyyarəsini vurur. Belə şeylər olur. Bunu da tərəflər bilir və bir-birinə bağışlayır.
- “Sülh çeşməsi” əməliyyatının narahatedici bir məqamı da Tel-Abyaddakı İŞİD terrorçularının saxlanıldığı həbsxananın boş olmasıdır. Qeyri-rəsmi məlumatlara görə bu həbsxanada minlərlə İŞİD döyüşçüsü məhkum kimi saxlanılırmış. Amma türk ordusu Tel-Abyada nəzarəti ələ aldıqdan sonra bəlli olub ki, həbsxanadakı İŞİD üzvləri azad edilib və onları SDG özü ilə aparıb. Bu, ciddi problem deyilmi?
- Türk ordusu əməliyyat aparır və qarşısındakı da silahlı terrorçulardır. Bu halda siz deyə bilmərsiniz ki, mənim rəqibim qaydalara riayət edən şərəfli insandır. Əksinə, deməlisən ki, rəqibim qanunları pozan, beynəlxalq təhlükəsizliyə problem yaradan əclaf yığınıdır. Yəni müharibənin informasiya tərəfi də var.
ABŞ İŞİD döyüşçülərini yığmışdı, onlara nəzarəti də silahlı kürdlərə tapşırmış və özləri də prosesə kənardan nəzarət edirdi. ABŞ gedir, kürdlər də görür ki, türk ordusu sürətlə gəlir və ona müqavimət imkanları yoxdur. Bu halda nə edərlər? Qalıb həbsxanada İŞİD-dən olan məhkumları qorusunlar, yoxsa kəndlərdəki ailələrinin yanına qaçıb arvad-uşaqlarını qorusunlar? Sözsüz ki, SDG döyüşçüləri döyüşləri tərk edərək özlərinin şəhər və ya kəndlərinə gedirlər.
İŞİD-in yenidən dirçəlməsi isə real deyil. Həbsxanadan azad edilən İŞİD terrorçuları nə edəcək? Nəzərə alın ki, vahid rəhbərlik yoxdur, xilafət çöküb, xəlifə Bağdadinin özü sıçan deşiyində gizlənib, pul yoxdur, artıq neft sata bilmirlər. Üstəlik, ABŞ da dəstəyini kəsib. Bu qədər aldanan İŞİD döyüşçüləri nə edəcək? Nəzərə alın ki, onların içərisində Azərbaycandan ailəsini götürüb “Xilafət”ə gedənlər olub. YPG geri çəkildi, türk ordusu gəlir. Bu saat İŞİD-dən olan məhkumlar da başlarına necə çarə qılmaq haqqında düşünür. Yəni İŞİD məsələsi bitdi. İŞİD-in yenidən baş qaldırması mümkün deyil. Əslində İŞİD bir layihə idi. Sabiq ABŞ prezidenti Obama bu barədə sərras fikir demişdi. Qeyd etmişdi ki, İŞİD 10 illərlə qalacaq, ABŞ da ordusunu bu müddətdə Yaxın Şərqdə saxlamalı olacaq və s. Obama getdi, İŞİD də getdi. Tramp gəldi, ABŞ ordusu Suriyadan çıxmaq haqqında düşünür. İŞİD məhbusları da səpələnib yoxa çıxacaqlar.
- Yəni artıq Suriya böhranı başa çatır? Bunu real hesab edirsiniz?
- Suriya böhranı həllinə yaxındır. Astana görüşləri niyə keçirilirdi, Putin, Ruhani və Ərdoğan nəyi müzakirə edirdilər? Ruhani və Putin bu danışıqlarda kimin mənafeyini müdafiə edirdi? Sözsüz ki, Suriya dövlətinin və Əsədin. Bu siyasətin məntiqi nəticəsi kimi kürd terrorçu və separatçıları tərksilah olunur, Suriya dövləti üçün kürd separatizmi problemi aradan qalxır. Ərdoğan açıq ifadə edir ki, Suriya dövlətinə qəsd etmək niyyəti yoxdur, türk ordusu terrorçuları zərərsizləşdirdikdən sonra geri dönəcək. Hərbi tapşırıq da kürd yaraqlılarını zərərsizləşdirməkdən ibarətdir. Suriya böhranı bu baxımdan həllə yaxındır. 2015-2016-cı illərdə Bəşər Əsəd süquta yaxın idi. Astana toplantılarının, İran və Rusiyanın dəstəyi sayəsində artıq Əsəd möhkəmlənib və ölkə ərazisinin böyük hissəsinə nəzarəti həyata keçirir. Üstəlik, amerikanlar Suriyadan çıxır. Digər dövlətlər də çəkiləcək. Sakitlik yarandıqdan sonra, fikrimcə, Bəşər Əsəd İranın da Suriyadan çıxmasını istəyəcək. Amma Rusiyanın Hmeymim və Tartus hərbi bazası Suriyada qalacaq.
Vaqif NƏSİBOV
AzPolitika.info
a
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Bizim günah bir qərinədır. Kreslo savaşı Hərbi genosiddən Azadlığı qlobal həllə qurban verib ki, dünyəvi şöhrət gəlib Qarabağı qaytara? Beş ildən çoxdur güclü dövlətlər Suriyanı monarxdanmı, ya terrordanmı azad edirlər? Hərəsi öz "terror" partiyasını yan keçdiyi üçün Suriya viranə olub, terror da davam edir, monarxizm də? Bu fəlakəti uzaqlaşdırmaq üçün Türkiyə qonşu Suriya dövlətinin müdafiəsinə məcbur qalıb.
Z.Əlizadə Türkün böyüklüyünü dək edirsə,bu,yaxşı əlamətdir.Ancaq İran və Rusiya sevdalısı olan bir adama "sağ ol!"-demək yerinə düşmür.
Yalandan xalqı aldatmaq lazım deyil. Türkiyənin niyyəti sərhəd boyunca dərinə 30-35 km-lik ərazini zəbt etmək və ora 2-3 milyon qaçqın (suriyalı) yerləşdırmək idi. Əsəd ordusu artıq Kobanidədər-düz Suriya sərhədində. Türklər deməli Əsəd hakimiyyəti üçün şəhidlər verir! Bu müharibə Ərdoğanın tam iflasıdır. Sabah Əsəd Türkiyəni şantaj edəcək və kürd yaraqlılarına hərbi dəstək verəcək. Özünü politoloq adlandıran bu adam ölkəsindəki hadisələrə yox xarıcdə baş verənlərə şərh verir!!! Ay QORXU!
Bəlkə həmin illərdə biraz günahın bizdədə olmasını araşdırasınız, ən azı ona görəki, gələcəkdə belə məqamlardan yorğan, kreslo davasından əl çəkib, milləti ölkənin coğrafi sərhədlərinə qarşı birləşdirmək xətrinə.
kürd ayrımçılığını təkcə ABŞ, bir sıra Avropa dairələri və İsrail yox, həm də SSRİ, indiki Rusiya və onun vassalı olan bir sıra rejimlər heç də birincilərdən az dəstəkləməyiblər, amma nədənsə son 20-25 ildə bu barədə azqala heç nə deyilmir.
Mən Z.Əlizadənin bu müsahibəsindəki bütün fikirləri və təhlilləri ilə razıyam. Vaxtı ilə Suriyadakı təcrübəsinə görə o regionu çox gözəl tanıyır və hazırkı siyasi durumu çox düzgün qiymətləndirir və təhlil edir. P.S.-Baxmayaraq ki, Əlizadə qardaşlarının həmişə Türkiyəyə və türklüyə qarşı münasibəti müsbət olmayıb...
Başlıqda Terrorçularnın sözü ixtisara düşüb. Qarabağ, Türkiyə, İspaniya, Suriya fərqi yox, terrorçunun qarşısı alınmadısa cinayət-genosid viranə hər an labüddür. R.T.Ərdoğan A.Ocalanla onları buraxdı. Silahlı partiyalı(PKK, daşnaq və s.) deyil, terrorçudur və onlar ÇOXdan İraq və Suriya əhalisini məhv etməyə, dövlətlərini çökdürməyə başlayıblar. SSRİ dövründə rəsmi Bakı Qarabağ terroruna qarşı bu qətiyyəti Kremldən gözlədi və əksinə oldu? "Müqəddərat" adlı hərbi cinayət hələ də hüquqi mühakimə olunmur?
Məntiqli təhlilə görə sağ olun Zərdüşt bəy.