Menu

Tovuzda silahlı narkokuryer saxlanılıb

22.01.2025, 10:53
Tovuzda silahlı narkokuryer saxlanılıb

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol