Bakı Apelyasiya Məhkəməsi də sifarişli qərarl qüvvədə saxladı
“Bakı Apelyasiya Məhkəməsi bu gün keçirilən prosesdə sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əmlakına həbs qoyub”. Bu məlumatı virtualaz.org saytına açıqlamasında G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın vəkili Ziyad Abbaszadə verib.
Qeyd edək ki, sabiq deputatın qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb etmişdi.
İşə baxan Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Bu qərarla razılaşmayan G.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılıb və idda təmin edilməyib.
Qeyd edək ki, Gültəkin Hacıbəyliyə qarşı bu münasibət onun Milli Şuranın üzvü olması ilə əlaqələndirilir. Hakimiyyətin onu susdurmaq üçün kecmiş ərindən istifadə etdiyi bildirilir. Hətta bir ara oğlunu belə əlindən almağa cəhd etmişdilər.


Şərhlər