Menu

Zakir Həsənov həmsədrlərlə cəbhənin Qazax istiqamətindəki vəziyyəti müzakirə edib

17.10.2019, 16:37
Zakir Həsənov həmsədrlərlə cəbhənin Qazax istiqamətindəki vəziyyəti müzakirə edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 17-də Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol