Menu

Azərbaycan əhalisinin sayı açıqlanıb

17.10.2019, 18:11
Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

Şərhlər

Oqtay 2019-10-17 18:11:40

Qarabağdakı erməni vətəndaşlarınız da var bu siyahıda. Kim gedib orada sayıb ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol