Bakıda kütləvi dava - Yaralılar var

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Belə ki, 3 nəfər naməlum şəxs xuliqanlıq zəminində paytaxt sakinləri - 1976-cı il təvəllüdlü İmaməliyeva Tahirə Məmməd qızı, 2000-ci il təvəllüdlü Ələkbərov Asim Vasif oğlu və 2000-ci il təvəllüdlü Cahangirov Mövlud Əhməd oğlunu döyüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən ilkin istintaq araşdırmaları aparılır.

635x100

Şərhlər

dadaşyev 2019-10-17 21:29:15

Dava həmişəki kimi yenə də ancaq və ancaq toyda oynamaq üstündə ola bilər.Birisi zakaz verib ki,oaəə oynaq hava цalqınanq,dəli kimi oyniyaцam.Bu oynayanda obirilər də qalxıb oynayıb.Bu deyib zakaz mənimdi,sən oynamiyaцanq,onlar deyib oynıyajık,bu çağırıb öz dəstəsini,onlar öz dəstəsini,aləm qarışıb,stol-zad aşıb,camaat birtəhər sakitləşdirib.Toydan sonra zakaz verən öz dəstəsiylə ağacların dibində pusquda əlverişli mövqe tutub ki,düşmənə gözlənilməz zərbə endirsin.Elə ki gəliblər,atılıblar üstlərinə.Belə.

Son yazılar