Menu

London məhkəməsi Nazarbayevin nəvəsini şərti azadlıqdan məhrum edib

18.10.2019, 20:56
London məhkəməsi Nazarbayevin nəvəsini şərti azadlıqdan məhrum edib

Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Qeyd edək ki, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb. A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol