Menu

ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

20.10.2019, 22:35
ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

ABŞ-ın Corciya ştatında hərbi təlimdə baş verən qəza nəticəsində üç əsgər ölüb, üçü yaralanıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə yerli “WKRG” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, faciə hərbi poliqonda keçirilən təlimdə “Bradley” zirehli maşınının qəzası nəticəsində baş verib. Üç hərbçi hadisə yerində dünyasını dəyişib, yaralanan üç hərbçi isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol