Menu

Əli Kərimlinin sürücüsü həbs olundu - Narkotik ittihamı ilə

21.10.2019, 11:50
Əli Kərimlinin sürücüsü həbs olundu - Narkotik ittihamı ilə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon təşkilatının sədri Paşa Umudov həbs olunub.

BakuPost-un məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddə) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə P. Umudov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına aparılıb.

Məlumata görə, Paşa Umudov həm də AXCP sədri Əli Kərimlinin sürücüsüdür.

Şərhlər

t.ədalət 2019-10-21 11:50:30

Polis yenə köhnə metodundan istifadə edir.

sespel 2019-10-21 11:50:30

Mən eşitdiyimə görə Paşa Ümüdov "atom silahı" istehsal edir.Onun bir partiyasını da PPK-ya göndərib haha...

veten dashı 2019-10-21 11:50:30

Bu qədər olmaz həzarat hər şeydə bir hədd olmalıdır.Milləti bu yolla cılızdaşdırmayın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol