BAŞ NAZİRİN 2 MÜAVİNİ İSTEFAYA GÖNDƏRİLDİ! - Prezident 1 həftə əvvəl anons etmişdi...

Prezident İlham Əliyev Baş Nazirin 2 müavinini - Hacıbala Abutalıbovu və Əli Həsənovu istefaya göndərib.

"AzPolitika" Prezidentin rəsmi saytına istinadla bu barədə xəbər verir. İstefaya göndərilməzdən əvvəl onların hər ikisi Prezidentin qəbulunda olublar.

Bu yaxınlarda yeni Baş Nazir təyin edən Prezident Əliyev, komandada ciddi kadr dəyişikliklərini davam etdirəcəyinin anonsunu bir neçə gün əvvəl - oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə vermişdi.

"Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?", - Prezident bəyan etmişdi.

Siyasi müşahidəçilər bu bəyanatı hakimiyyətdə ciddi kadr dəyişikliklərinə gediləcəyinin anonsu kimi qiymətləndirmişdilər. Göründüyü kimi, bu proqnozların doğrulmasını çox da gözləmək lazım gəlmədi. Prezident bu bəyanatdan bir həftə keçməmiş Baş Nazirin 2 yaşlı müavinini, eyni zamanda, yumşaq desək, ictimai nüfuzu bərbad olan 2 məmuru istefaya göndərdi. Lakin böyük ehtimalla, bu, hələ prosesin başlanğıcıdır. İstefaya göndərmələrin Prezident Administrasiyasını, hüquq-mühafizə orqanlarının rəhbərliyini, eyni zamanda digər strukturları da əhatə edəcəyinə dair böyük gözləntilər var. 

Baş Nazirin boşalan müavini vəzifələrinə kimlərin təyin olunacaqları da maraqlıdır.

Rasim ƏLİYEV

AzPolitika.info 

635x100

Şərhlər

oxucu 2019-10-21 20:35:46

bunların yerinə gələn yeni müavinlər mütləq onlar oturan kreslonu dəyişsinlər. Bu mümkün olmasa heç olmasa yaxşı yaxşı yuyucu maddələrlə təmizlətsinlər.bir də kabineti baxıcı gətirib yoxlasınlar.cadu ola bilər.deylənlərə görə Acıbala müəllim dəhşət cadugərdir.

Spin-doctor 2019-10-21 20:35:46

AZPOLITIKA! Hədd yoxsulları olan oxucalarınızın şərhlərinə nəzarət etmirsiniz...

Qaraqoyunlu 2019-10-21 20:35:46

Loyallıq deyəsən buxarlanır axı?!....))))) nə tez??? ...))))) belələri ilə bağlanan sazişin dəyəri birinci döngəyə kimidi....))))))

dadaşyev 2019-10-21 20:35:46

Bu ikisinin nəvələri yaşda olan gənclərimiz bunlar kimilərin on illərlə kreslolar zəbt etmələri üzündən bunlardan qoca görünürlər.Bunların üzündən gənclərdə həyat eşqi,sabaha inam deyə bir şey qalmadı,baş götürüb Rusiyada,Türkiyədə,Ukraynada səfil-sərgərdan yaşamağa getdilər.Həm də necə savadlı,ixtisaslı,mərifətli gənclərimiz respublikanı tərk etdilər.Əlbəttə ki,bunların işdən çıxarılması sevindiricidir,amma vurduqları ziyan necə ödənəcək,o gənc kadrların itmiş illərini kim qaytaracaq?Heyf,çox çooox heyf!

Cəmşid Dərələyəzli 2019-10-21 20:35:46

Əslində gecikmiş olsa da, düzgün bir qərar.. Onsuz da bunlar öz yarıtmaz fəaliyyətləri və duruşları ilə həm Hökümətin və həm də Ölkə Başçısının görmüş olduğu bunca işlərə yetərincə kölgə düşürdülər. Yaxşı olardı bunların ardınca hökümətin geridə qalan yaşlı və daha uzun ömürlü üzvləri də yola salınardı və Azad olunduqdan sonra isə, keçmiş fəaliyyətləri yoxlanıb, hüquqi qiymət verilsin. Ki, sonradan gelenlere de bir ders olsun.

veten dashi 2019-10-21 20:35:46

Əməlləri üzlərində təcəssüm edir bunların.İnsan yaşlaşanda üzü nura qərq olar...

t.ədalət 2019-10-21 20:35:46

Bu adamların kif iyi hələ uzun müddət kreslolarını tərk etməyəcək.Həm qoca,həm də savadsız kadrlar kimi lətifə mövzusuna çevriləcəklər..Qocalıq yaxşı şeydir,əlbəttə,təqaüddə!

miri 2019-10-21 20:35:46

Yəqin artıq onların ölənlərinə rəhmət oxutdurmaq vaxtıdır.

yusif-1313 2019-10-21 20:35:46

Bəs onlarin ogurladiqlari pullar necə oldu?

oxucu 2019-10-21 20:35:46

Gedin! sizin xalq arasında hörmətiniz olmadı.həm özünüz həm də övladlarınız bu cəmiyyət üçün tam yararsızsız.birinin üzündən zəhrimar yağır,o birisi də tərxəkə oxşayır.xalqın yanında üzünüz qara,başınız da aşağı olub və olacaq.gedin heç dala da baxmayın,çünkü sizin dalınızca baxıb kövrələn olmayacaq. Xalqdan oğurladığınız milyardlar gec tez xalqa çatacaq.Gedin bu vaxta kimi tərbiyəsi ilə məşğul ola bilmədiyiniz övladlarınızla məşğul olun.onsuz da xalq,millət onlardan heç nə gözləmir.Allah hər şeyi bilir.

Mirzə AĞ 2019-10-21 20:35:46

Qud bay, ey gözəl insanlar!

pensiyacı 2019-10-21 20:35:46

onlar cox gec getdilər.onların dövlətdən və xalqdan ogurladıqlrı milyardlar sahibinə qaytarılsa bu nəsə demək olardı. ancaq belə getməyə onlar özləridə şaddır və yəqinki qurban kəsəcəklər cünki yıgdıqları ömürlük onların nəsil nəcabətinə bəsdir.

dr.Amirov 2019-10-21 20:35:46

Mən özüm şahidəm ki, Əli .... Köçkünlərə ayrılan 7 milyard büdcənin 2 milyardını oğurlayıb (KİV-də olan rəsmi məlumatlardan) )özünə 30-dan çox göydələn tikən, Bakı-Sumqayıt-rayonlar-Ermənistandan belə yüzlərlə mülk-müəssisələr, restoranlar qamarlayanı; 2 ilə yaxındır ki, BP, HP və daxili yoxlamaların-Qaçqınkomda nəticələrinə və terror əməllərinə bu daşnak cavab verdirilməlidir!

Son yazılar