Menu

Gürcüstanda etiraz aksiyası keçirilib - Baş Nazirin istefası tələb olunur

22.10.2019, 10:41
Gürcüstanda etiraz aksiyası keçirilib - Baş Nazirin istefası tələb olunur

Tbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.

Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol