Menu

Ərdoğan İranı xəyanətdə ittiham edib

22.10.2019, 12:44
Ərdoğan İranı xəyanətdə ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib.

"Report"un xəbərinə görə, o, Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, İran Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına müxtəlif reaksiyalar verib.

"İrandan gələn bəzi açıqlamalardan narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir. Təəsüflər olsun ki, İrandan bizim "Barış pınarı" əməliyyatımıza qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhanı söyləmir. Amma başda cənab Ruhani olmaqla bu cür danışanları susdurmaları lazım idi. Onların bu cür reaksiyaları başda özüm olmaqla bütün dostlarımı narahat edir. Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bütün bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də "Barış pınarı" əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?", -deyə Türkiyə prezidenti vurğulayıb.

Şərhlər

dadaşyev 2019-10-22 12:44:19

O süni mollalara bel bağlama,a kişi.Onlar əmmamələri başlarına ona görə qoyublar ki,fars millətçiləri olduqlarına şübhə oyanmasın.Kəllələrində "adil Ənuşirəvan dövrü"nü bərpa etməkdən başqa bir şey yoxdur.Nəsimi onlara deyib bu beyti:"Şöhrətü zərqü riyadır zahidin əfsanəsi.La deyər hər dəmbədəm,bilməz ki illası nədir".Şiəlik pərdəsinə bürünmüş bu tipli riyakarlar soydular o yazığın dərisini.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol