Bu gün bəzi yerli saytlar baş nazirin müavini vəzifəsini dünəndən etibarən boşaldan Hacıbala Abutalıbovun “ehtiyat” vəzifəsinin olduğunu “aşkar ediblər”. Aztirajlı medianın tirajladığı həmin xəbərdə deyilirdi ki, 75 yaşlı Abutalıbov 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postunu (əlbətdə ki, formal) tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunurdu ki, Abdutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib.
Lakin AMEA-nın Fizika İnstitutu baş nazirin keçmiş müavini, dünəndən etibarən işsiz qalan 75 yaşlı Hacıbala Abutalıbovun institutda vəzifəsinin olduğunu təsdiq etməyib. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli virtualaz.org-a deyib ki, Abutalıbov həqiqətən "Yarımkeçiricilərin kvant elektronikası" labaratoriyasının müdiri vəzifəsini tuturdu. Lakin Bakı şəhər İcra Hakimiyyətinin rəhbəri təyin olunandan sonra həmin vəzifədən çıxıb və üstəlik labaratoriya da bağlanıb. "O vaxtdan bəri bizdə belə labaratoriya yoxdur, Hacıbala Abutalıbov da Fizika İnstitutunda hansısa vəzifə tutmur",-M.Əhmədli bildirib.

Şərhlər
O son 25 ildə yığdığın indən sonra 75-ildə xərcləsə qurtarmaz.Siz narahat olmayın.
Sən də belə getdin Acıbala baba get get.gözlərini bərəltmə.müalicə olun payızqabağı bir də unutma yazqabağı.
BELI BU WEXSIN UZUNE BAXANDA ANALOQU OLMAYAN INKIWAFIMIZIN IZLERI GORSENIR,GUL BAYRAMLARI,ANALOQU OLMAYAN ATEWFEWANLIQ,BAYRAQI OLMAYAN MILYONLAR XERXLENMIW BAYRAQ MEYDANI,SATILMIW TORPAQLAR VE S.MALAdes haci bala