Menu

85 YAŞLI ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – İnstitut direktoru keçir

23.10.2019, 11:20
85 YAŞLI ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU –  İnstitut direktoru keçir

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşmaq istəyən akademik Akif Əlizadə fəaliyyətini AMEA Geologiya və Geofizika İnstitutunun direktoru kimi davam etdirəcək.

Kult.az xəbər verir ki, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadə AMEA prezidenti olmaqla yanaşı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri, Prezident yanında Elmin İnkişafı Fondunun və Dövlət Neft Şirkətinin Elm Fondunun Himayədarlar Şurasının üzvü, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədridir.

25 fevral 1934-cü il təvəllüdlü Akif Əlizadə 1957-ci ildən bugünədək Geologiya və Geofizika İnstitutunda çalışır.

* * *

“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: “Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

* * *

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.

Şərhlər

Şakir Vəliyev 2019-10-23 11:20:15

AZərbaycanın Elmlər Akademiyası pensionerlər evini xatırladır.80 yaşdan yuxarı olan adamın iş qabiliyyətini,yaddaş və hərəkət keyfiyyəti
düşündükdə orada olan belə "kadrların" ölkə elminə.iqtisadiyyatına verə biləcəyi töhfə şübhəli görünmürmü? Nİyə və nə məqsədlə belə şəxslərin ölkə üçün əhəmiyyətli olan Elmlər Akademiyasında qocalar evinə döndəririblər?Məqsəd Elmin inkişafı,yoxsa kimlərəsə ayı ximəti göstərməkdir? Ayıb deyilmi?

dadaşyev 2019-10-23 11:20:15

“Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.A qardaş,təyin olunur,təyin,təəəəyiiiiin.Axı özün də bilirsən ki,seçilmirlər,təyin olunurlar.Elə isə niyə doğrusunu demirsən?Bu sovet tipli yalanlardan nə vaxt qurtula biləcəyik görəsən?A qardaş,JEK müdirindən,bağça müdirindən başlamış taaa yuxarılara qədər hamı təyin olunur,heç kim seçilmir.Axı bunu uşaq da bilir.Camaat təyin məsələsindən narazıdır ki,düzünü demirsən?Öyrəşmişik dəə.

dr.Amirov 2019-10-23 11:20:15

Qrup müəllimimiz olan ensiklopedik alim M.Məmmədəli müəllim (mərhum Akademikimiz Vasif müəllimin atası, yüzədək zirəkliklə yaşadı) hərdən deyərdi: mən iki əlli razı; Mirzə AĞ müəllimlə biz də iki əlli razı!

O.B.N 2019-10-23 11:20:15

Bu sadəcə yer dəyişmədir.Toplananın yerini dəyişməklə cəmi dəyişmək olmur.Hələ vuranla vurulanı demirəm onlarında yerini dəişsən hasildi hakimdi oda dəyişmir.Deməli köhnə hamam, köhnə tas.Şərq vari islahat.

Mirzə AĞ 2019-10-23 11:20:15

Baxın, buna deyərlər "küyə düşmək"... Heç kim özündə cəsarət tapıb deyə bilmir ki, ayə alim yaşlı olar də... Sütüldən nə alim?!

Anar 2019-10-23 11:20:15

İsa müəllim həqiqətən layiqli namizəddir. əsl alimdir, vətənsevər türkdür, Azərbaycanlıdır. İsa müəllim haqqında tənqidi danışmaq üçün azərbaycançılığa, türkçülüyə onun qədər töhfə vermək lazımdır.

Anar-a 2019-10-23 11:20:15

Lehcesinden bilinir nece dahi filoloq olmagi.

Mirzə AĞ-a 2019-10-23 11:20:15

Kimse demir ki, alim olma. Mohterem tövsiyyə edir ki, kreslonu tehvil ver.

oxucu 2019-10-23 11:20:15

Ürəkli insanlara eşq olsun!!!.Davamı gəlsin.Yaşı insanlar insafa gəlin cavanlar da işsiz qocalır.

t.ədalət 2019-10-23 11:20:15

Yeni prezidentliyə real namizəd İsa Həbibbəyli ola bilər.Həm Naxçıvanda doğulub,həm də kürddür.

Yengibar 2019-10-23 11:20:15

Bu kişi nəyin alimi olduğunu bilmirəm, amma, 85 yaşında yenə direktor işləmək heç də abırlı iş deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol