Menu

Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var

23.10.2019, 00:17
Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

"VAZ-2107", "Mercedes" və "VAZ-21011" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada, hər üç avtomobilin sürücüləri, Əliyev Elvin İmaməddin oğlu, Cəfərov İkram Nadir oğlu və Hacıyev Məsim Əbülfət oğlu müxtəlif xəsarətlər alıblar. Onlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol