Menu

RAMİZ MEHDİYEV AMEA PREZİDENTİ OLDU - Prezident təsdiqlədi

23.10.2019, 19:22
RAMİZ MEHDİYEV AMEA PREZİDENTİ OLDU - Prezident təsdiqlədi

 

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq ediilib. Prezidentin sərəncamında deyilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraqqərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

***

Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

"Report"un xəbərinə görə, akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilir.

“Report” xəbər verir ki, səsvermədə AMEA-nın akademikləri və müxbir üzvləri iştirak edirlər.

Yığıncaqda AMEA-nın yeni prezidenti seçiləcək.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.

 

 

Şərhlər

dadaşyev 2019-10-23 19:22:30

Nə yaxşı ki Akif müəllimin yerinə qoca gəlmədi.Cavan kadrlarla dağı dağ üstə qoymaq olar vallah.Sükanı bax belə saxlamaq lazımdır.

EJDER 2019-10-23 19:22:30

MALADES,GENCLERI IRELI CEKMEK LAZIMDI,LUKAWENKO CANI.ANALOQU OLMAYAN ISLAHATDU

Ağsaqqal Şagird 2019-10-23 19:22:30

Ağsaqqal müəllim, yazar-alim R.Ə.Mehdiyev axır ki, Prezident seçildi. Təbriklər!

O.B.N 2019-10-23 19:22:30

Epoksid kleyin 100 % azərbaycanlı kəşf edib

sual 2019-10-23 19:22:30

85 yaşlı Akif Əlizadə AMEA prezidenti vəzifəsindən "istefa" verib, bu vezife VERILIB 81 yaşlı Ramiz Mehdiyeve ve orden ile de teltif olunub. Bes NIYE, Akif Əlizadə teltif olunmayib orden ile ?
Akif Əlizadənin Internetde foto shekli var idi, GOZUNUN USTUNE "FONAR" QOYMUSHDULAR "MUAMMALI SHERAITDE...", amma, Akif Əlizadə bu "FONAR" ile her gun ishe gelirdi, AMEA - da hami bildi ki, Akif Əlizadə "KRUTOY"- dur.

Seyid 2019-10-23 19:22:30

Ümumi yığıncağın ağzı nədi seçməsin 81 yaşı var zarafat deyil.

miri 2019-10-23 19:22:30

Onsuz da AMEA elm sahəsinin inkişafında faydaliligi sıfıra yaxın idi. Bundan sonra sıfırdan aşağı olar.l

Ss 2019-10-23 19:22:30

Islahata,cavanlashmaga bax eeeeeeeeeeeeeeeee

yalçın 2019-10-23 19:22:30

85 getdi 82 gəldi..vəzifəsiz heç cür qalmaq olmur yəqin..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol