Menu

Qazaxda iki avtomobil toqquşub, ata və azyaşlı qızı xəsarət alıb

23.10.2019, 23:39
Qazaxda iki avtomobil toqquşub, ata və azyaşlı qızı xəsarət alıb

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Daş Salahlı kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun üç yaşlı qızı Səma xəsarət alıb.

Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol