Menu

Zaqatala sakini Mingəçevirdə bıçaqlanıb

24.10.2019, 22:29
Zaqatala sakini Mingəçevirdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin

mərkəzində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Zaqatala rayon sakini Xanməmmədov Afər Yavər oğlu mübahisə və münaqişə zəminində adı hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol