Menu

Əfqanıstan Prezidenti Azərbaycana səfərə gəlib

24.10.2019, 22:28
Əfqanıstan Prezidenti Azərbaycana səfərə gəlib

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol