17 oktyabr 2019-cu il tarixində “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. "AzPolitika.info"nun məlumatına görə, yığıncaqda Budaqov İlham Aslan oğlu Müşahidə Şurasına yeni üzv seçilmişdir.
Bununla Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olmuşdur. İ. Budaqov Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş, 10 ildən artıq müxtəlif banklarda rəhbər vəzifələrdə çalışmışdır, texnika üzrə fəlsəfə doktorudur.
Eyni zamanda Müşahidə Şurasının qərarına əsasən İlham Budaqov Audit Komitəsinin sədri təyin edilmiş, Səfərov İlham Nizami oğlu isə komitəyə yeni üzv seçilmişdir və beləliklə Audit Komitəsi üzvlərinin sayı 3 nəfər olmuşdur.


Şərhlər