Menu

Azərbaycana ilk qar yağdı

22.09.2014, 14:19
Azərbaycana ilk qar yağdı

Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 21-si axşamdan 22-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox yağıntı Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində qeydə alınıb - 51 mm. Yağan leysan nəticəsində Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çayda və Qumçay məntəqələrində qısamüddətli daşqın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol