Menu

Azərbaycanlı bodibilderlər Avropa Çempionatında 2 medal qazanıb

27.10.2019, 12:42
Azərbaycanlı bodibilderlər Avropa Çempionatında 2 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə "Natural Bodibildinq" və "Fitnes" üzrə Avropa çempionatı keçirilib.

"Report" xəbər verir ki, INBA Azərbaycanı bu yarışda 9 atlet təmsil edib.

İdmançılarımızdan İsmayıl Həbiyev Men's Bodibildinq kateqoriyasında gümüş medal, Asif Yusifov isə Mens Fizik kateqoriyasında 4 yerə layiq görülüblər.

Ümumilikdə, komanda hesabında Mens Fizik kateqoriyasında 1-ci yerə Bolqarıstan, 2-ci yer Slovakiya və Niderland isə 3 yerə layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol