Menu

«Kadırov yalançı və islamdan dönmüşdür...» - Səudiyyə müftisinin nəvəsi

28.10.2019, 08:10
«Kadırov yalançı və islamdan dönmüşdür...» - Səudiyyə müftisinin nəvəsi

Səudiyyə Ərəbistanının sələfi vaizi, 1999-cu ildə vəfat etmiş ali müfti Saleh ibn əl-Əziz ibn Bəzin nəvəsi Saleh ibn Bəz Çeçenistanın başçısı Ramzan Kadırovu «islamdan dönmüş» adlandırıb.

Kadırovun vəhhabiləri «şeytan» adlandırması, vəhhabiləri və vəhhabizmi məhv edəcəyi barədəki fikirləri İbn Bəzi təhqir etmiş olub.

«İslamdan dönmüş Ramzan Kadırov bizim hamımızı, mömin müsəlmanları şeytan adlandırır. O, bizim əcdadlarımızı, mənim babamı, şeyx Mühəmməd Əbd əl-Vahhabı təhqir edir. Mən, Əbd əl-Vahhabın kitablarını oxumuşam. Onlar hamı üçün əlçatandır. Əgər siz onlarda islamla, Allahın peyğəmbəri ilə ziddiyyət təşkil edən nəyi isə tapa bilsəniz, o zaman mən hamıdan əvvəl Əbd əl-Vəhhabın əleyhdarı olacam» - deyə, Saleh ibn Bəz «Tvitter»də yazıb.

İbn Bəz 2016-cı ildə Qroznıda qəbul olunmuş fetvadan qəzəblənib. Fetvada vəhhabilik müsəlmanlar arasında nifrət və qarışıqlıq yayan sekta elan olunur.

«Allaha and olsun ki, Kadırov yalan danışır. Əbd əl-Vəhhaın metodologiyası Allahın elçisi peyğəmbər Mühəmmədin metodologiyasıdır. Şəxsən mən, o kəslərə çağırış edirəm ki, onlar deyirlər: Əbd əl-Vəhhabın sözləri Mühəmməd peyğəmbərin sözlərindən fərqlənir» - Səudiyyə Əbəbistanı ali müftisinin nəvəsi bildirib.

Xatırladırıq ki, hələ 2016-cı ilin avqust ayında sələfi vaizi, Ər-Riyadın kral Səud Uiversitetinin professoru Mühəmməd bin Əbd əl-Rəhman əl-Arifi bəyan edib: «Kadırov, islamdan dönmüş və müsəlmanları öldürən cəllad olaraq, ölümə layiqdir».

AzPolitika.info

Şərhlər

dadaşyev 2019-10-28 08:10:43

Əbdül Vəhhabın sözləri Məhəmməd peyğəmbərin sözləridirsə Əbdül Vəhhaba nə ehtiyac var?Ərəbcədən ərəbcəyə tərcümə edib Quranı?Kadırov düz deyib,bu sekta İslam aləminin bütün məzhəblərinə düşmən kimi baxır,düşüncələri asıb kəsməyə köklənib.Əbdül Vəhhabın özü isə Britaniyanın agenti olub Osmanlıya qarşı.Osmanlının Yaxın Şərqdəki əyalətlərini içindən parçalamaq və öz müstəmləkəsinə çevirmək üçün ingilislər böyük hiyləgərlik və bacarıqla ondan istifadə ediblər.Vəhhabilik din pərdəsinə bürünmüş ərəb nasizmidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol