Türkiyə Super Liqasında IX tur davam edir.
APA-nın məlumatına görə, turun üçüncü günündə 4 qarşılaşma keçirilib.
Mərkəzi oyunda İstanbul nəhəngləri “Beşiktaş”la “Qalatasaray” üz-üzə gəlib. Derbinin taleyini “ağ-qaralar”ın vurduğu bir top həll edib. Umut Nayırın 69-cu dəqiqədəki qolu “Beşiktaş”a qələbə qazandırıb. Bu qələbə ilə onlar turnir cədvəlində “sarı-qırmızılar”a yaxınlaşıb.
Günün digər oyunlarında “Yeni Malatyaspor” “Kayserispor”u dörd cavabsız qolla darmadağın edib. “Göztəpə” evdə “Kasımpaşa”ya böyük hesabla uduzub. “Gənclərbirliyi” isə “Dənizlispor”a məğlub olub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Başakşəhər” – “Trabzonspor” matçı ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
IX tur
27 oktyabr
“Yeni Malatyaspor” – “Kayserispor” – 4:0
Donald, 14, Yahoviç, 77 (pen.), Bifuma, 86, Lunq, 90 (avtoqol)
“Gənclərbirliyi” – “Dənizlispor” – 0:2
Seyhan, 34, Muravski, 90 (pen.)
“Göztəpə” – “Kasımpaşa” – 1:4
Emir, 45 – Hayradinoviç, 27, Kuarejma, 51 (pen.), Pektemek, 76, Erdoğan, 90
“Beşiktaş” – “Qalatasaray” – 1:0
Nayır, 69



Şərhlər