İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən öldürülməsi xəbərinin ardınca terror təşkilatının yeni liderinin təyin olunduğu barədə məlumat yayılıb.
APA-nın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, “Newsweek” saytı həmin şəxsin əl-Bağdadinin dini işlər üzrə köməkçisi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşın olacağı ilə bağlı xəbər verib.
Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Twitter" hesabından “terrora qarşı apardığımız birgə mübarizəmizin dönüş nöqtəsinə çatdıq, Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da terrorla mübarizəyə davam edəcək”, - meajını paylaşıb.
Əl-Bağdadinin öldürülməsində ABŞ Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə təşəkkür edib.
Suriyanın İdlib vilayətindəki bu ortaq əməliyyata 8 helikopterin cəlb edildiyi bildirilir.


Şərhlər
Eşşək həmin eşşək deyil,çulu dəyişməyiblər.Çul həmin çuldu,eşşəyi dəyişiblər.Bayraqlarından da vahimə,dəhşət yağır qırılmışların.İslam dininin sülhpərvərliyini gözdən salmaq üçün dünya sionizminin yoğurub yapıb qayırdığı təşkilatın bayrağı bundan artıq olmayacaq ki.Harada quşbaş,psixi problemi olan,cahil gənc varsa bu bəşəriyyət tullantılarına baxıb Karakas Barabas kimi saqqal buraxır.Və əcaib də budur ki,saqqal buraxandan bir-iki ay keçməmiş son dərəcə enlənib yupyumru olurlar deyə ayı kimi gəzirlər.