Menu

Əfqanıstanın yeni prezidenti məlum oldu

22.09.2014, 15:22
Əfqanıstanın yeni prezidenti məlum oldu

Əfqanıstanın mərkəzi seçki komissiyası Əşrəf Qəni Əhmədzayı prezident seçkilərinin qalibi elan edib.

APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, mətbuata açıqlama verən Ə. Əhmədzay bildirib ki, yeni hökumətin tərkibinin formalaşması zamanı qadınlara xüsusi önəm veriləcək: “Qadınlar hökumətdə, təhsil və iqtisadiyyat sahələrində yaxşı təmsil olunmalıdırlar”.

Yeni hökumətdə bir sıra vəzifələrin qadınlara veriləcəyini deyən Ə. Əhmədzay qeyd edib ki, ölkənin əsas problemi yoxsulluq, savadsızlıq və təhlükəsizliyin zəif təmin olunmasıdır.

Qeyd edək ki, prezidentliyə namizədlər öz aralarında saziş imzalayıblar. Razılaşmaya görə, Ə. Əhmədzayın rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla baş nazir vəzifəsini tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol