Menu

Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib

28.10.2019, 21:23
Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol