Menu

Türkiyədə avtobusun qəzaya düşməsi nəticəsində 30-dək tələbə yaralanıb

28.10.2019, 22:56
Türkiyədə avtobusun qəzaya düşməsi nəticəsində 30-dək tələbə yaralanıb

Türkiyənin mərkəzində - Saraykent bölgəsindəki Ozan kəndi yaxınlığında 27 nəfərdən çox tələbənin müxtəlif xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, hadisə Akdağmadenindən Yozgat istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Xəsarət alan tələbələrin əksəriyyəti Akdağmadeni, Sorgun və Saraykent rayonlarındakı xəstəxanalara çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol